“Azəriqaz” İstehsalat Birliyi Səbail rayonunda, “Alov qüllələri” hotelinin qarşısında baş verən partlayışla bağlı açıqlama verib.
Qurumun İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev Oxu.Az-a bildirib ki, “Alov qüllələri”nin yaxınlığında məşələ nəzarət edən hotel əməkdaşları tərəfindən iş aparılıb:
“Ehtiyatsızlıq səbəbindən sızma baş verib, nəticədə də bu sızma partlayışa gətirib çıxarıb. İki nəfər işçinin xəsarət alıb”.
O qeyd edib ki, sayğacdan sonrakı qaz xəttində “Azəriqaz” İstehsalat Birliyinin heç bir nəzarət funksiyası yoxdur:
“Məşələ qədər olan hissədə heç bir problem baş verməyib, hər şey saz vəziyyətdə olub, yalnız məşələ daxil olar hissədə baş verən sızma nəticəsində sözügedən hadisə baş verib”.
FOTO: Kərim Abbasov