Bakının Səbail rayonu, Zərifə Əliyeva küçəsində yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, Zərifə Əliyeva küçəsi ilə hərəkət edən “Hyundai Accent” markalı minik avtomobili yoldan çıxaraq işıqfora çırpılıb.
Səbail Rayon Yol Polisi Şöbəsindən verilən məlumata görə, hadisəyə səbəb sürücünün avtomobili yüksək sürətlə idarə etməsi olub. Hadisə nəticəsində xəsarət alan olmasa da, avtomobilə ciddi ziyan dəyib.
Faktla bağlı Səbail Rayon Yol Polisi Şöbəsində araşdırma aparılır.