Dünən ATV telekanalında canlı yayımlanan “Möhtəşəm maşın” şousunun səkkizinci yarış günü oldu.
Oxu.Az xəbər verir ki, veriliş boyu şouda iştirakçıların əksəriyyəti Samir Piriyevin əleyhinə səs verərək onu oyundan uzaqlaşdırmaq istəyiblər.
Verilişə rəqqasə Oksana Rəsulova da qonaq qismində qatılıb. O, bir gün öncə baş verən qalmaqallara münasibət bildirirək repçi Elxan Zeynallını müdafiə etməyə çalışıb.
Niyam Salami isə sosial şəbəkələrdə haqqında yazılan fikirlərə etiraz edib. İfaçı hər kəsi ailəsinə və ona hörmət etməyə çağırıb.
Tamaşaçıların səsverməsi nəticəsində müğənni Samir Piriyev 54,08 faiz səs toplayaraq oyunda qalmaq şansı əldə edib.
O, müğənni Niyam Salamini oyundan uzaqlaşdırıb.
Müğənni Niyama onu verilişdən çıxaracağına söz verdiyini deyib. Niyam isə Samirin bu hərəkətinə haqq qazandırıb:
“Mən bu verilişə gələndə söylədim ki, 4-5 il duz-çörək kəsdiyim adamlara toxunmayacağam. Bunlar stilist Anar Ağakişiyev, Samir və Hüseyn idi. Mən onlardan xahiş etdim ki, səsverməyə çıxsalar, məni oyundan uzaqlaşdırsınlar”.
Xatırladaq ki, hazırda müğənni Samir Piriyev, jurnalist Vüqar Vüqarlı, aparıcı Aydan Axundova, stilist Anar Ağakişiyev, meyxanaçı İntiqam Rüstəmov və dicey Çina və klranet ifaçısı Hüseyn Məhəmmədoğlu maşın uğrunda mübarizəni davam etdirir.
Aytən Sadıqzadə
www.oxu.az