Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Bakının mərkəzində təmirdən çıxan küçə YENİDƏN QAZILIR
Bakının mərkəzində yerləşən Mirzəağa Əliyev küçəsində yenidən qazıntı işləri aparılır.
Oxu.Az xəbər verir ki, yolun yeni təmirdən çıxmasına baxmayaraq, velosiped zolağı çəkilən hissədə qazıntı işləri aparılıb.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Anar Nəcəfli də Oxu.Az-a açıqlamasında yolun qazılma səbəbinin yeni səki salınacağı ilə bağlı olduğunu bildirib.
"M.Əliyev küçəsinin sözügedən hissəsində əvvəldən səki yox idi. Vətəndaşların müraciəti əsasında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) layihə hazırlayıb. Həmin layihə əsasında yolun səki olmayan, təxminən 300 metrlik hissəsində səki inşa olunacaq. Bununla bağlı hazırlıq işləri görülür. Yəqin ki, bayram günlərindən sonra işlərə başlanılacaq", - deyə A.Nəcəfli bildirib.
Əzizə İsmayılova
"Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA)" teqi üzrə xəbərlər
- "Azərbaycan Dəmir Yolları" QSC lisenziya və icazə tələbindən azad olunur
- Bakıda bir dairə ləğv edilir: Məşhur restoran SÖKÜLÜR
- AAYDA məhkəməni uduzdu: Qəzalı yola görə sürücüyə cərimə ödəyəcək
- Gədəbəydə qar uçqununa düşən hərbçilərimizin nəşləri tapıldı
- AAYDA: "Sərsəngdən Umudluya gedən avtomobil yolu yük və sərnişin daşınmasını asanlaşdıracaq"