Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Bakının mərkəzində baş verən yanğın söndürülüb
Bakı şəhərinin mərkəzində baş verən yanğın söndürülüb.
Bu məlumat Oxu.Az-ın sorğusuna cavab olaraq Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən verilib.
"Nazirliyin 112 Qaynar telefon xəttinə Bakı şəhəri, Nəsimi rayonu, Ağadadaş Qurbanov küçəsində yanğın baş verməsi barədə məlumat daxil olub. Əraziyə dərhal FHN-nin Dövlət Yanğından Mühafizə Xidməti və Bakı Regional Mərkəzinin qüvvələri cəlb olunub. Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində köməkçi tikilidə baş vermiş yanğın qısa müddətdə söndürülüb", - deyə məlumatda bildirilir.
Bakının mərkəzində yanğın başlayıb.
Oxu.Az xəbər verir ki, hadisə "Kubinka" adlanan ərazidə, Məşədi Dadaş məscidi tərəfdə qeydə alınıb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin ərazi üzrə Yanğından Mühafizə Xidmətinin briqadası cəlb edilib.
Əzizə İsmayılova
"Yanğın hadisəsi" teqi üzrə xəbərlər
- Şəmkirdə səkkizotaqlı ev külə döndü
- Kaliforniya ştatının idman klubları yanğından zərər çəkənlərə maliyyə yardımı edəcəklər
- Nazir polkovnik-leytenantı işdən çıxardı, yeni rəis təyin etdi
- Xankəndi-Şuşa yolunda avtobus yanıb
- Los-Ancelesdə davam edən yanğında Azərbaycan vətəndaşları xəsarət almayıb - RƏSMİ
Rəylər