Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

"Barsa"nın əfsanəsi Messi klub barədə arzularından danışdı
"Barselona"nın hazırda "İnter Mayami"də çıxış edən keçmiş hücumçusu Lionel Messi kataloniyalıların yenidən çoxlu sayda kubok qazanması barədə arzusunu dilə gətirib.
Oxu.Az bu barədə "Mundo Deportivo"ya istinadən məlumat verir.
Messi klubun əvvəlki əzəmətini qaytaracağına ümidini ifadə edib.
"Barsa" oyunçusu kimi sən heç vaxt ikinci yerlə və ya qələbələrin olmaması ilə razılaşa bilməzsən, çünki azarkeşlər səndən maksimumu tələb edirlər. Dünyanın ən yaxşı klubu olmaq çox məsuliyyətlidir. Mən "Barsa"nın yenidən La Liqa, Kubok və Çempionlar Liqasını qazanmasını istərdim. Bu alınmayan illərdə isə ən azından son ana qədər mübarizə aparmalıdırlar", - deyə Messi bildirib.
Xatırladaq ki, 37 yaşlı Messinin klub karyerası İspaniya komandasında başlayıb: hücumçu "Barselona" ilə İspaniya çempionatında 10 dəfə, İspaniya Superkubokunda 8 dəfə, UEFA Çempionlar Liqasında 4 dəfə və klublararası dünya çempionatında 3 dəfə qalib gəlib.
"Lionel Messi" teqi üzrə xəbərlər
- Messinin komanda yoldaşı Azərbaycanla görüşdən imtina edib: "Məşq etmək daha yaxşıdır"
- Futbol tarixinin ən yaxşı futbolçusu BƏLLİ OLDU – Müzakirə bitdi
- Messi Argentina millisinin heyətinə düşə bilmədi
- Üç oyun sonra meydana qayıdan Lionel Messi fərqlənməyi bacardı
- Dünyanın ən varlı futbolçuları bəlli olub - Ronaldu və Messi birinci deyillər