Bakının Nəsimi rayonu ərazisindəki ticarət mərkəzlərindən birində yanğın olub.
Oxu.Az xəbər verir ki, Lent.az-ın məlumatına görə, metronun "28 May" stansiyası yaxınlığında Dəmir yolu xəstəxanası ilə yanaşı yerləşən kiçik ticarət mərkəzində güclü tüstülənmə olub.
Hadisə yerinə dərhal yanğınsöndürənlər cəlb olunub.
Məlum olub ki, tüstülənmə ticarət mərkəzindəki elektrik qovşağındadır və xeyli naqil əriyərək sıradan çıxıb.
Ərazidə təhlükəsizlik tədbirləri görülüb və təhlükənin böyüməsinin qarşısı alınıb.