Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Bakının mərkəzindəki tarixi binanın üzərində çəkilən havalandırma borusu narazılıq yaratdı
Bakının mərkəzində yerləşən tarixi binanın üzərində çəkilən havalandırma borusu sosial şəbəkələrdə müzakirə mövzusu olub.
Oxu.Az xəbər verir ki, söhbət Əziz Əliyev küçəsində yerləşən və dövlət tərəfindən qorunan (inventar nömrəsi 3275) binadan gedir.
Qeyd olunur ki, restoranlardan birinin binanın divarı üzərindən çəkdirdiyi havalandırma borusu deşilib, tüstü divarın rəngini qaraldıb.
Nəticədə tarixi binanın estetik görüntüsü pozulub və xoşagəlməz mənzərə yaranıb ki, bu da vətəndaşların narazılığına səbəb olub.
Məsələ ilə bağlı Bakı İcra Hakimiyyətinə sorğu ünvanladıq.
Qurumun Mətbuat Xidmətindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirildi ki, problem artıq aradan qaldırılıb:
"Bakının Akademik Əziz Əliyev küçəsində yerləşən tarixi bina ilə bağlı məlumat əsasında Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən dərhal tədbir görülüb və sözügedən boru demontaj edilib".
Əzizə İsmayılova
"Bakı Şəhər İcra Hakimiyyəti" teqi üzrə xəbərlər
- Bakıda xüsusi təyinatlı texnikalar işə düşdü: Yüzlərlə işçi qüvvəsi CƏLB EDİLDİ
- "Azercell" səkinin zəbt edilməsi ilə bağlı iddiaya aydınlıq gətirdi
- "Təklif edirlər ki, sizi qucağımızda qaldıraq" - Şəhərlər uyğunsuzdur, yoxsa qaydalar?
- Bakıda piyadaların rahat hərəkəti üçün xüsusi proqram hazırlanır
- Bakıda iki böyük park istifadəyə veriləcək