Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) Bakıda neft çənində baş verən yanğınla bağlı ilkin məlumatı açıqlayıb.
Oxu.Az xəbər verir ki, SOCAR-ın mətbuat katibi Nizaməddin Quliyevin APA-ya dediyinə görə, yanğın SOCAR-ın Mərkəzi neftyığma məntəqəsində qeydə alınıb.
Onun sözlərinə görə, yanğının başvermə səbəbləri aydın deyil.
İlkin ehtimala görə, ərazidə alışma olub. Xəsarət alan yoxdur.
Hazırda faktla bağlı araşdırma gedir.
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətindən məlumat verilib ki, qeydə alınan yanğın söndürülüb. Yanğınsöndürənlər alovun qarşısını alıblar.
10:34
Bakının Səbail rayonu Bayıl qəsəbəsində “Şvarsneft” şirkəti ərazisində neft çəni yanır.
Oxu.Az xəbər verir ki, Gün.Az-a bu barədə Səbail rayon yanğından mühafizə xidmətindən məlumat verilib.
Hadisə barədə saat 10:03-də məlumat daxil olub. Yanğın yerinə iki yanğınsöndürən maşın göndərilib.