Milli.Az-ın məlumatına görə, Fəvvarələr meydanında yerləşən məşhur restoranlar, kafelər, fast-foodların qarşısındakı hissələr sökülüb. Restoranlar tərəfindən quraşdırılan çətirlər, otaqlar, oturacaqlar yığışdırılıb.
“Şaurma”, “Mado”, “All chicken” restoranları bu sıraya daxildir. Restoranlar da Milli.Az-a əlavə istifadə etdikləri ərazinin söküldüyünü təsdiqləyiblər. Ancaq bunun obyektin fəaliyyəti ilə hər hansı bağlılığının olmadığı deyildi.
Restoranların yerləşdiyi Nəsimi və Səbail Rayon İcra Hakimiyyətlərindən Milli.Az-a bildirildi ki, həmin obyektlər qeyri-qanuni olaraq kənarda ərazini zəbt etmişdilər. Bakı Şəhər İcra Hakimiyyətinin müvafiq qurumları bunun qarşısını alıb.
www.milli.az
Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin