Bakı şəhərinin “əkiz”ləri olacaq.
Oxu.Az Milli.Az-a istinadən xəbər verir ki, Hökumət evinin arxa hissəsində, Fikrət Əmirov küçəsi 1 və 2 ünvanlarında yerləşən 16-mərtəbəli yaşayış binaları paytaxtın simvoluna çevrilə bilər.
Binaların hər ikisi eyni dizaynla üzlənərək maraqlı təəssürat yaradacaq.
Səbail Rayon İcra Hakimiyyətindən verilən məlumata görə, binalar təmir olunaraq üzlənəcək. Binalara yeni, müasir görkəm verilməsi ilə bağlı işlər davam edir. İşlərin ilin sonuna kimi başa çatması planlaşdırılır.