Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Bakının Ziya Bünyadov prospektində qəza olub, sıxlıq yaranıb
Nərimanov rayonu, Ziya Bünyadov prospekti, Bakı Poladəritmə Zavodunun yaxınlığında qəza baş verib.
Oxu.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.
Bildirilib ki, bu səbəbdən metronun "20 Yanvar" stansiyası istiqamətində nəqliyyat sıxlığı yaranıb.
"Nəqliyyat vasitələrinin daha çox istifadə etdiyi çoxzolaqlı belə yollarda qəza olduqda yaranan sıxlıq bitişik digər küçə və prospektlərdə də ləngimələrə səbəb olur. Mərkəzin əməkdaşlarının yol polisi ilə koordinasiyalı şəkildə gördüyü tədbirlər nəticəsində qısa müddət ərzində yolda intensivlik bərpa olunub", - məlumatda deyilir.
"Daxili İşlər Nazirliyi (DİN)" teqi üzrə xəbərlər
- Avtobuslarda sərnişinlərin həyatını təhlükəyə atan İNSİDENTLƏR
- Sulutəpədə yük avtomobili problemi: Sakinlər tıxacdan şikayətçidirlər
- Azərbaycanda qadınları şantaj edən şəxs saxlanıldı
- Azərbaycanda sahibkar çobanı oğurlayıb fermasında girov saxladı
- Abşeronda evə gec gələn kişi arvadının başında fincan sındırdı