Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Ülvi Rəcəbli küçəsi 7 ünvanının sakinləri evlərində yaşamağa çətinlik çəkirlər.
Sakinlərin sözlərinə görə, ağaclardakı qurdlar artıq hasarlarına və evlərinə daraşıb.
Bildirilib ki, qurdlar son bir ay ərzində daha da artıb.
Sakinlər problemlə bağlı aidiyyəti qurumlara müraciət etdiklərini, ancaq bunun heç bir faydasının olmadığını bildiriblər.
Bakı şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Sabunçu rayon üzrə 9 saylı sahəsindən "Xəzər Xəbər"ə bildirilib ki, vətəndaşlar tərəfindən sözügedən problemlə bağlı indiyədək quruma heç bir müraciət daxil olmayıb:
"Məsələ ilə əlaqədar araşdırma aparılacaq və problem həll olunacaq".
Ətraflı süjetdə:
Bakıxanov qəsəbəsində ağac qurdları sakinləri təngə gətirib
Rəylər