Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Almaniya İsrailə silah ixracına qadağa qoyulmasını təkzib etdi
Almaniya hökuməti İsrailə silah ixracı üçün icazələrin verilməsini dayandırması ilə bağlı daha əvvəl mətbuatda yayılan xəbərləri təkzib edib.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə Almaniyanın İqtisadiyyat Nazirliyinin nümayəndəsi deyib.
"İsrailə silah ixracına qadağa yoxdur və olmayacaq. Almaniya hökuməti hüquqi və siyasi tələblərə uyğun olaraq, xarici və təhlükəsizlik siyasətini nəzərə alaraq hər bir konkret vəziyyətə uyğun olaraq silah ixracına icazə vermək qərarına gəlir. Hər bir fərdi işə baxılarkən həmişə mövcud vəziyyət, o cümlədən HƏMAS və "Hizbullah"ın İsrailə hücumları, həmçinin Qəzzada əməliyyatın gedişi nəzərə alınır", - Almaniya İqtisadiyyat Nazirliyindən bildirilib.
Almaniya İsrailə silah tədarükünü dondurmağı qərara alıb.
Oxu.Az xəbər verir ki, bu barədə Almaniya Federal Maliyyə Nazirliyinə yaxın mənbəyə istinadən "Reuters" agentliyi məlumat yayıb.
Bildirilir ki, Berlin Təl-Əvivin silah tələblərini rədd edir, lakin HƏMAS-ı maliyyələşdirən Qətərə ağır silahlar satmağa davam edir.
Qeyd edək ki, bundan əvvəl BMT Baş Assambleyası İsrailə silah və hərbi texnikanın tədarükünə embarqo qoyulmasına dair qətnaməni təsdiqləyib.
"Almaniya" teqi üzrə xəbərlər
- ABŞ tarixində fasilə ilə ən yüksək dövlət vəzifəsini tutan ikinci prezident: Tramp işinə başlayacaq
- Almaniya: Kasıb gəncləri olan varlı ölkə
- Qərbi Azərbaycan İcması Almaniyanın ictimai radiosunun Azərbaycanla bağlı böhtanını qınayıb
- İranda həbsdə olan Almaniya vətəndaşı dörd ildən sonra azadlığa buraxıldı
- Almaniyalı diplomat İslamabadda ölü tapıldı
Rəylər