Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Bakıya gətirilən yeni elektrik mühərrikli avtobuslara sürət limiti qoyuldu
"Çinin BYD şirkəti ilə əməkdaşlıq çərçivəsində alınan elektrik mühərrikli avtobuslara sürət limiti qoyulub".
Oxu.Az xəbər verir ki, bunu bu gün jurnalistlər üçün təşkil olunan mediatur zamanı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) mətbuat katibi Tural Orucov deyib.
O qeyd edib ki, təhlükəsizlik məqsədilə yeni avtobuslarda maksimum sürət limiti 50 km/saat təyin olunub.
"Bu avtobuslar COP29 tədbiri çərçivəsində yalnız tədbir iştirakçılarını müəyyən olunan məntəqələrdən tədbirə və geri daşıyacaqlar. Tədbirdən sonra isə bu avtobuslar ictimai nəqliyyatda istifadə üçün müntəzəm xətlərə buraxılacaq", - deyə T.Orucov vurğulayıb.
Əzizə İsmayılova
"Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA)" teqi üzrə xəbərlər
- Bakının mərkəzi küçəsində aşan yol nişanı bərpa edilib
- Parklanmadan çıxanlar avtobus zolağını "tapdalayırlar"? - "Kamera çəkir və cərimə yazılır"
- Şəhərin mərkəzi küçəsində paradoks: Velosiped üçün zolaq ayrılıb, avtobusa yox
- Parklanma xidmətindən NARAZILIQ - Vətəndaş pozmadığı qaydanın cəriməsini ödəməli olur
- 105 nömrəli avtobus hər iki qapısı açıq şəkildə idarə edilir - AÇIQLAMA