Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

"Baku Bus"ın sükan arxasında infarkt keçirən sürücüsünün vəziyyəti AÇIQLANDI
"Maştağa qəsəbəsində "Baku Bus" MMC-yə məxsus marşrut avtobusu qəza törədib.
Hadisəyə səbəb sürücünün sükan arxasında infarkt keçirməsi olub.
Oxu.Az xəbər verir ki, sakinlər hadisənin təfərrüatı barədə Baku TV-yə danışıblar.
"Mən evdə idim, zəng edib dedilər ki, avtobus obyektə çırpılıb. Gəlib gördüm, avtobusun yarısı içəridə, yarısı isə bayırdadır. Sürücü xəsarət alıb, hazırda xəstəxanadadır", - deyə sakin bildirib.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) verilən məlumata görə, sükan arxasında infarkt keçirən sürücü - 1969-cu il təvəllüdlü Haşım Babayev kəllə-beyin travması və beyin silkələnməsi diaqnozu ilə Sabunçu Tibb Mərkəzinə çatdırılıb.
Reanimasiya şöbəsinə yerləşdirilən yaralının vəziyyətinin ağır olduğu bildirilib.
Ətraflı süjetdə:

Maştağa qəsəbəsində "Baku Bus" MMC-yə məxsus marşrut avtobusunun qəzaya düşməsinin anbaan görüntüləri yayılıb.
Oxu.Az xəbər verir ki, videoqeydiyyatçı ilə qeyd alınan görüntülərdə boş avtobusun sürətlə irəlilədiyi görünür. Sonrakı kadrlarda isə onun qarşıdakı obyektə çırpılaraq dayandığı aydın olur.
Xatırladaq ki, hadisəyə səbəb sürücünün sükan arxasında infarkt keçirməsi olub.
Görüntüləri təqdim edirik:
Maştağa qəsəbəsində "Baku Bus" MMC-yə məxsus marşrut avtobusu qəza törədib.
Oxu.Az APA-ya istinadən məlumat verir ki, hadisəyə səbəb sürücünün sükan arxasında infarkt keçirməsi olub.
Qeyd edək ki, avtobus depoya getdiyi üçün boş olub.
Hadisə zamanı xəsarət alan olmayıb.
"BakuBus MMC" teqi üzrə xəbərlər
- Prezident "BakuBus" MMC-yə 33,4 milyon manat ayırdı
- "Bakubus" sürücüsü piyada keçidində məktəblini VURUB ÖLDÜRDÜ: HƏBS EDİLDİ
- Avtobusların yolda olma müddəti orta hesabla altı dəqiqə azalacaq
- "BakuBus" ötən ilin son iki ayında 161 ədəd elektrik avtobusu istifadəyə verib
- "BakuBus" avtobuslarında "Wi-Fi" nə vaxt işləyəcək?