"BakuBus" MMC-yə məxsus avtobuslarda artıq yay mövsümünə keçid edilib.
Oxu.Az-ın məlumatına görə, bu gündən avtobuslarda kondisionerlər qoşulub.
Məsələ ilə bağlı "BakuBus" MMC-yə sorğu ünvanladıq.
Qurumun mətbuat katibi Əsmər Əliyeva Oxu.Az-ın sorğusuna cavab olaraq faktı təsdiqləyib.
"Reqlamentə əsasən, avtobuslarımızda kondisionerlər iyun ayının 15-dən qoşulur. Amma havaların isti keçməsi ilə əlaqədar sərnişinlərimizin rahatlığını nəzərə alaraq, artıq bu gündən kondisionerlər işlək vəziyyətə gətirilib", - deyə Ə.Əliyeva qeyd edib.
Əzizə İsmayılova