Bakı şəhəri, Xətai rayonunda "Sevirəm" parkının genişləndirilməsi üçün işlərə başlanılıb.
APA-nın xəbərinə görə, artıq Bakı şəhəri, Xətai rayonu, Kamandar Əhmədov və Sergey Senyuşkin küçələrindəki fərdi yaşayış evlərinin və obyektlərin sökülməsinə başlanıb.
Sakinlərə və obyekt sahiblərinə müvafiq qaydada kompensasiya verilir.