İki yaşlı Rəsulun köməyinizə ehtiyacı var.
Bu barədə uşağın atası Faiq Abdulrəhimov Oxu.Az-a müraciətində qeyd edib.
Belə ki, Bərdədə yaşayan Abdulrəhimovlar ailəsinin iki yaşlı oğlu Rəsul doğularkən gözləri görməyib. Həkimlər uşağa hər iki gözün torlu qişasının qopması diaqnozu qoyub.
Ailə Azərbaycanda dəfələrlə həkimə müraciət etdiyini desə də uşağın xəstəliyinə çarə tapan olmayıb. Həkimlər ailəyə uşaqlarının müalicəsinin ölkə xaricində olduğunu bildirib. Balaca Rəsulun hər iki gözü əməliyyat olunmalıdır. Əməliyyat isə kifayət qədər bahadır və ailənin buna maddi imkanı yoxdur.
Valideynləri balaca Rəsulun əməliyyatı və sağlamlığını geri qaytarması üçün yardım istəyir.
Rəsulun atasının əlaqə nömrəsi: 050 655 08 09
Könül Cəfərli