Azərbaycan sığorta bazarının liderlərindən olan “Atəşgah” Sığorta Şirkəti fəaliyyətinin keyfiyyətini və etibarlılığını artırmaq məqsədilə 2019-cu ildə İSO 9001:2015 - Keyfiyyət Menecmenti Sistemi üzrə audit yoxlamasından keçib.
“Atəşgah” Sığorta Şirkəti ASC-də “Bureau Veritas” şirkəti tərəfindən keçirilən audit nəticəsində “Keyfiyyət Menecmenti Sistemi” üzrə fəaliyyətinin və xidmət keyfiyyətinin beynəlxalq standartlara tam uyğunluğunu İSO 9001:2015 sertifikatı ilə təsdiq edib.
Qeyd edək ki, “Atəşgah” SŞ İSO 9001:2000 beynəlxalq standartı üzrə idarəetmə sistemində, keyfiyyətə nəzarət üzrə ilk sertifikatını 2003-cü ildə alıb.
Yüksək etibarlılıq imicinə malik “Atəşgah” Sığorta Qrupuna daxil olan “Atəşgah” Sığorta Şirkəti 1996-ci ildən, “Atəşgah Həyat” Sığorta Şirkəti isə 2008-ci ildən fəaliyyət göstərir.