Balakən rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) məlumat yayıb.
Bildirilib ki, sürücünün sükan arxasında yuxulaması nəticəsində avtomobil idarəetmədən çıxaraq yol kənarında quraşdırılmış xüsusi texniki avadanlığa çırpılıb.
Hadisə nəticəsində sürücü və sərnişin xəsarət alıb, avadanlığa isə ziyan dəyib.
Qaynar xətt:
(055) 224 12 12