Britaniyalı aktyor Tim Karrinin milyonlarını hələlik miras alacaq kimsə yoxdur.
Oxu.Az xəbər verir ki, bu barədə "Hello!" nəşri məlumat yayıb.
"O" filminin ulduzu heç vaxt evli olmayıb və övladı yoxdur. Bununla yanaşı, o, 8 milyon dollar məbləğində sərvət və ABŞ-nin Kaliforniya ştatının Los-Anceles şəhərində ev miras qoyub.
Nəşrin məlumatına görə, Karrinin əmlakının taleyi mərhum ulduzun vəsiyyətnaməsinin olub-olmamasından asılıdır. Vəsiyyətnamə mövcuddursa, onun aktivləri sənəddə qeyd olunan şəxslər arasında bölünəcək. Kaliforniyanın vərəsəlik qanunlarına əsasən, belə bir sənəd olmadıqda, ştat rəsmiləri aktyorun ailə üzvlərini axtaracaq və pulun, həmçinin əmlakın kimlər arasında paylanacağına qərar verəcəklər.
Bəhs edilən ev Tim Karri tərəfindən alınmazdan bir müddət əvvəl sökülməsi planlaşdırılan Aralıq dənizi üslubunda malikanədir.
Xatırladaq ki, Tim Karri bu günlərdə 81 yaşında dünyasını dəyişib. 2012-ci ildə aktyor insult keçirmişdi, bundan sonra o, əlil arabasında hərəkət edir və demək olar ki, filmlərə çəkilmirdi.
Tim Karri daha çox 1990-cı ildə lentə alınan "O" filmindəki Pennivayz, 1975-ci ilin "Rokki Horrorun dəhşətlər şousu"nda doktor Frank-en-Ferter və 1992-ci ildə çəkilmiş "Evdə tək 2" filmindəki Hektor rolları ilə məşhurdur.