"Balıqçı üçün dəniz həm çörək yeridir, həm də həyat məktəbi. İllər keçdikcə insan balığın harada olduğunu, havanın necə dəyişəcəyini və dənizin nə deyəcəyini hiss etməyə başlayır".
Bu fikirləri Oxu.Az-ın "Ustadına əhsən!" rubrikasının qonağı olan təcrübəli balıqçı Rasim Nəciyev deyib.
O, illərdir dənizdə yaşadığı maraqlı və çətin hadisələrdən, bu peşənin tələb etdiyi səbir və cəsarətdən danışıb.
Balığın dənizdən bazara, oradan isə süfrəyə qədər keçdiyi yolun arxasında dayanan zəhmət və balıqçı həyatının görünməyən tərəfləri barədə də danışan müsahibimiz maraqlı məqamlara toxunub.
Rasim Nəciyevin Oxu.Az-a videomüsahibəsini təqdim edirik: