Əməkdar artist Baloğlan Əşrəfov idarə etdiyi “Toyota Land Cruiser” markalı, 90 SA 388 dövlət nömrə nişanlı avtomobillə yol hərəkəti qaydalarını kobud şəkildə pozub.
Oxu.Az xəbər verir ki, Avtosfer.az-ın əməkdaşı ifaçının bu hərəkətini aprelin 28-də Bakının Yasamal rayonu ərazisində lentə alıb. Belə ki, Baloğlan Əşrəfov idarə etdiyi avtomobili Mətbuat prospektindəki avtobus dayanacağında park edərək Azərbaycan Nəşriyyatına gedib. Dayanacaqda avtobus gözləyənlər isə Baloğlan Əşrəfovun bu hərəkətini ikrah hissi ilə qarşılayıblar.
Qeyd edək ki, Əməkdar artistin bu qayda pozuntusu 40 manat cərimə ilə nəticələnə bilər. Həmin yerdə başqa sürücülər də avtomobil saxlayaraq qayda pozublar. Qanuna görə avtobus dayanacağına 15 metr məsafədə avtomobillərin dayanması və durması qadağandır.
A.S.
www.oxu.az