Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Bankomatdan insanların pulunu oğurlayan şəxs 13-cü dəfə həbs edildi
43 yaşlı Tapdıq Əzizov 13-cü dəfə cinayət məsuliyyətinə cəlb edilib. Bu dəfə o, bankomatların qarşısında üç nəfəri aldadaraq pullarını ələ keçirib.
Oxu.Az Musavat.com-a istinadən xəbər verir ki, Tapdıq Əzizov Cinayət Məcəlləsinin oğurluq maddəsi ilə təqsirli bilinib.
T.Əzizov bankomatın qarşısında gözləyərək kartlarından pul çıxarmaq istəyən 3 nəfəri aldadıb. Belə ki, pul çıxarmaq üçün bankomata yaxınlaşan şəxslərə kömək etmək üçün onlardan kartını alıb. Kartın şifrəsini yığdıqdan sonra həmin şəxslərə bankomatda pul olmadığını deyərək oradan uzaqlaşdırıb. Lakin həmin ərəfədə kartdan pul çıxarılması əməliyyatını həyata keçirib. O, əldə etdiyi məbləğləri şəxsi ehtiyaclarına xərcləyib.
Dəfələrlə məhkum olunduğunu deyən T.Əzizov əməlindən peşman olduğunu bildirib.
Daha əvvəl oğurluq, talama, qəsdən sağlamlığa zərər vurma və başqa maddələrlə məhkumluq həyatı yaşayan T.Əzizov bununla 13-cü dəfə məsuliyyətə cəlb edilib.
Əzizov budəfəki cinayət əməlinə görə 3 il azadlıqdan məhrum edilib.
"Oğurluq hadisəsi" teqi üzrə xəbərlər
- Bakıda həbsdən çıxmış şəxs viski oğurladı və yenidən SAXLANILDI
- Xaçmazda oğurluqda şübhəli bilinən şəxs saxlanılıb
- Masallıda marketlərə qənim kəsilən şəxs SAXLANILDI - Başqa cinayətləri də ortaya çıxdı
- Bakıda silsilə oğurluq edən şəxslər ƏLƏ KEÇDİLƏR
- Siyəzəndə şadlıq evindən 22 min manatlıq oğurluq edən dəstə üzvləri saxlanılıblar