Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

"Qarabağ"ın və millinin üzvü Avropa klubuna keçir
"Qarabağ"ın futbolçusu Nəriman Axundzadə karyerasını ölkə xaricində davam etdirəcək.
Oxu.Az Football.az-a istinadən xəbər verir ki, 20 yaşlı hücumçu Norveçin "Molde" klubuna keçəcək.
O, transfer məsələsini həll etmək üçün artıq Norveçə yollanıb. Baş tutacaq keçidin detalları hələlik açıqlanmasa da, "Molde"nin Ağdam təmsilçisinə təxminən 400 min avro ödəyəcəyi gözlənilir.
Qeyd edək ki, N.Axundzadə bu mövsüm "Qarabağ"ın heyətində bütün turnirlərdə 32 oyun keçirib, 8 qol və 11 məhsuldar ötürmə ilə yadda qalıb. Onun "köhlən atlar"la müqavilə müddəti 2028-ci ilin yayına qədərdir.
"Qarabağ FK" teqi üzrə xəbərlər
- Futbolçularımız niyə qol vura bilmirlər? - Premyer Liqada acınacaqlı mənzərə
- Premyer Liqa: Turun son qarşılaşmasında "Zirə" qələbə qazandı
- "Qarabağ" - "Neftçi" oyununda azarkeş sayı üzrə mövsümün ikinci göstəricisi qeydə alındı
- Premyer Liqa: "Qarabağ" "Neftçi"ni məğlub etdi
- Benzia "Qarabağ"ın növbəti təklifini rədd etdi
Ən çox oxunanlar