Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Baş nazirdən reabilitasiya vasitələri ilə bağlı QADAĞA
Əlilliyi müəyyən edilmiş şəxsə verilən reabilitasiya vasitələrinin satılması və bağışlanması qadağan edilib.
Oxu.Az-ın xəbərinə görə, Baş nazir Əli Əsədov bununla bağlı "Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi Şərtləri və Qaydası"nda dəyişiklik edilməsi barədə qərar imzalayıb.
Belə ki, sənədə yeni bənd əlavə olunub. Qeyd edilib ki, bu Qaydanın 3.14-cü bəndində nəzərdə tutulmuş hal istisna olmaqla, şəxsə verilmiş reabilitasiya vasitələrinin satılması və ya bağışlanması qadağandır.
Qaydanın 3.14-cü bəndi isə belədir: Minik avtomobili verilmiş şəxs vəfat etdikdən sonra avtomobil onun ailə üzvündən birinin adına keçirilməklə qeydiyyatdan çıxarılır və vəfat etmiş şəxsin ailəsinin mülkiyyətinə verilir.
"Əlilliyi olan şəxslər" teqi üzrə xəbərlər
- Azərbaycanda bəzi şəxslərə AVTOMOBİL VERİLƏCƏK
- Nazir: "İşləməyib əlil olan vətəndaş pensiya sisteminə daxil edilməyəcək"
- Deputat: "Qolunu və ya ayağını itirənlər təkrar müayinəyə cəlb olunmamalıdır"
- "İnteqrasiya təlimli təhsil müəssisələrində təhsilin təşkili Qaydaları"nda dəyişiklik edilib
- Nazir: "207 mindən çox saxta əlillik təyinatı ilə bağlı mənimsəmə faktı aşkarlanıb"
Rəylər