2014-cü ildə müxtəlif pozuntulara yol verdiklərinə görə Baş Prokurorluğun 5 əməkdaşı tutduğu vəzifədən azad edilib.
Oxu.Az xəbər verir ki, bunu Azərbaycanın Baş prokuroru Zakir Qaralov rəhbərlik etdiyi qurmun bu gün keçirilən kollegiya iclasında bildirib.
Zakir Qaralovun sözlərinə görə, 2014-cü ildə xidməti, icra və əmək intizamının pozuntusu hallarına qarşı, işində və xidmətdən kənar fəaliyyətində qanunsuzluqlara münasibətdə prinsipial mübarizə xətti davam etdirilib, müxtəlif pozuntulara yol verdiklərinə görə 46 əməkdaşın intizam məsuliyyətinə cəlb olunub, o cümlədən 5 əməkdaşın tutduğu vəzifədən azad edilib, prokurorluqda xidmətlə bir araya sığmayan kobud qanunsuzluqlara yol verdiklərinə görə 2 əməkdaşın prokurorluq orqanlarından xaric edilib.
Kollegiyada nizam-intizamın daha da möhkəmləndirilməsi üçün zəruri tədbirlərin görülməsi Baş Prokurorluğun bütün strukturlarından və tabe prokurorlardan tələb edilib.
E.Ə.
www.oxu.az