Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Baş Prokurorluğun üç yüksəkvəzifəli əməkdaşı təqaüdə göndərilib
Baş Prokurorluqda qulluqda olmanın son yaş həddinə çatmış yüksəkvəzifəli üç əməkdaşı təqaüdə göndərilib.
Oxu.Az xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb.
Bildirilib ki, qurumun Ədliyyə, gömrük və vergi orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəis müavini Rövşən Abid oğlu Maqsudov, Baş Prokurorluğunun Sənədlərlə və müraciətlərlə işin təşkili idarəsinin Məxfiçilik üzrə xidmətinin rəhbəri - böyük prokuror Akif Nazim oğlu Əliyev və Hərbi Prokurorluğunun Kriminalistika və informasiya texnologiyaları idarəsinin prokuror-kriminalisti Elman Fərman oğlu Kişiyev qulluq keçmələrinə xitam verilib.
Onlara baş prokuror tərəfindən verilmiş "Prokurorluğun fəxri işçisi" döş nişanı, fəxri fərmanlar və hədiyyələr təqdim edilib.
Görüş zamanı veteran prokurorluq işçilərinin prokurorluq orqanlarında keçdikləri uzunmüddətli xidmət illərinə nəzər salınaraq, prokurorluq orqanlarında səmərəli fəaliyyətləri, cinayətkarlığa qarşı mübarizə, qanunçuluq və hüquq qaydasının möhkəmləndirilməsi, habelə insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsi sahəsində əldə etdikləri nailiyyətlər qeyd edilib, eyni zamanda veteran prokurorluq işçiləri isə onlara göstərilən diqqət və qayğıya görə minnətdarlıq bildirib.
Rövşən Maqsudov, Akif Əliyev və Elman Kişiyev tədbir iştirakçıları ilə xatirələrini bölüşüb və sonda xatirə şəkli çəkiliblər.
"Baş Prokurorluq" teqi üzrə xəbərlər
- Baş Prokuror Milli Aviasiya Akademiyasında mühazirə oxuyub
- Kamran Əliyev: "Prokurorluğun binalarında ədalətli və düzgün qərarlar verilməlidir"
- Bakı şəhər Pirallahı Rayon Prokurorluğunun yeni inzibati binasının açılış marasimi keçirilir
- Səs-küy yaradan SİYAHI: Hansı məşhur cərrahların adları çıxarıldı?
- Orduxan Bəbirov Baş Prokurorluğun İstintaq İdarəsinə çağırıldı