“Bu il 19,5 milyon manatdan çox vəsaitin büdcəyə ödənilməsi təmin edilib”.
Oxu.Az-ın xəbərinə görə, bu barədə Baş Prokurorun müavini Heydər Məmmədov Bakıda Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 75 illiyinə həsr olunan “İnsan Hüquqları - 75 Bakı Konfransı: Qlobal və milli çağırışların həlli üçün universallığın və bölünməzliyin təşviq edilməsi” mövzusunda keçirilən beynəlxalq konfransda deyib.
Onun sözlərinə görə, cari ilin ilk 10 ayı ərzində prokurorluq orqanlarında aparılmış istintaq tədbirləri ilə istintaqı tamamlanmış cinayət işləri üzrə xüsusi mülkiyyətə dəymiş 54 milyon 63 min manat məbləğində vurulmuş maddi ziyandan 19 milyon 564 min manat vəsaitin ödənilməsinə nail olunmuşdur:
“Eyni zamanda son üç il ərzində qeyri-aşkar şəkildə törədilmiş 35 qəsdən adamöldürmə cinayətinin üstü açılıb”.