Cəbrayıl rayonunun Çullu kəndində aşkarlanan insan sümükləri ilə bağlı araşdırmalara başlanılıb.
Bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib.
Qeyd edək ki, Çullu kəndində 2 ədəd kəllə və 2 ədəd alt çənə sümüyü olmaqla insana məxsus olan ümumilikdə 21 ədəd sümük, habelə 1 ədəd əl qumbarası aşkarlanıb.
11:17
Cəbrayıl rayonunun Çullu kəndində insan sümükləri tapılıb.
“Qafqazinfo”nun məlumata görə, iki gün əvvəl kənd ərazisində yer səthinin 3-5 santimetrliyində 2 ədəd kəllə və 2 ədəd alt çənə sümüyü olmaqla insana məxsus olan ümumilikdə 21 ədəd sümük və 1 ədəd əl qumbarası aşkar edilib.
Məlumata görə, yaxınlıqda insan skeletinin digər hissələrinə rast gəlinməyib.
Faktla bağlı aidiyyəti qurumlar tərəfindən araşdırmalara başlanılıb.