“Abşeron rayonu Qobu qəsəbəsindəki 3 nömrəli tam orta məktəbin mövcud binasının əsaslı təmiri və əlavə korpusun tikintisi nəzərdə tutulub”.
Bunu Oxu.Az-a açıqlamasında Abşeron-Xızı regional təhsil idarəsinin ictimaiyyətlə əlaqələr üzrə məsul şəxsi Səbinə Məmmədova deyib.
O bildirib ki, layihələndirmə işləri artıq başa çatıb.
“Hazırda elan edilmiş tenderin nəticəsinə əsasən noyabrın əvvəlində ilkin olaraq 528 şagird yerlik yeni binanın tikintisi həyata keçiriləcək. Daha sonra mövcud bina əsaslı təmir olunacaq.
Əlavə olaraq bildiririk ki, məktəb direktoru sinif komplektinin çox olmasını əsas gətirərək regional təhsil idarəsi ilə razılaşdırmadan bir neçə sinfin məktəbə yaxın binaya yerləşdirilməsi barədə məlumat verib və bu valideynlərin narazılığına səbəb olub. Bununla bağlı məktəb direktoruna inzibati tənbeh tədbiri tətbiq edilib.
Hazırda uşaqlar məktəbə qaytarılıb və birinci gündən orada tədrisə davam edəcəklər”.
12:20
Abşeron rayonu, Qobu qəsəbəsindəki məktəbdən şikayət var.
Oxu.Az xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb.
Qeyd olunur ki, Qobu qəsəbəsində yerləşən 3 saylı tam orta məktəbin ərazisi baxımsız vəziyyətdədir. Onun ərazisində mal tövləsi yerləşir. Bu hal isə valideynlərin narahatlığına səbəb olub.
Həmin görüntüləri təqdim edirik:
Rəylər