Ramazan bayramı münasibətilə bölgələrdəki istirahət mərkəzlərinə üz tutan turistlərin sayı iki dəfədən çox artıb.
Oxu.Az-ın bölgə müxbirinin verdiyi xəbərə görə, qonaqlar arasında yerli turistlərlə yanaşı xeyli sayda xarici turist də var.
Quba rayonuna gələn turistlər daha çox Qəçrəş və Quba-Xınalıq istiqamətində yerləşən istirahət mərkəzlərinə, eləcə də Təngəaltı, Afurca kəndlərinə üz tuturlar.
Xarici turistlər arasında BƏƏ, İtaliya, Hindistan və Çindən gələnlər üstünlük təşkil edir.
Turizm obyektlərinin sahibləri bildirirlər ki, bu günlərdə rayona gələn turistlərin sayı adi günlərdəkindən xeyli çoxdur. Quba rayonu paytaxta məsafə baxımından yaxın olması da, turistlərin marağını çox çəkir.
Rayona gələn qonaqların çoxluğu nəzərə alınaraq, regiondakı Turizm İnformasiya Mərkəzi istirahət və bayram günlərində də fəaliyyət göstərir.
Bölgədə bir günlük istirahətin qiymətinə gəlincə, otel və gündə 3 dəfə qidalanma daxil olmaqla bu məbləğ 40 manatdan başlayır.
Bayram günlərində Qubaya üz tutanların sayı 2 dəfə artıb - FOTO/VİDEO
Tehran Orucoğlu