Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
![Bayraq Meydanı Kompleksi İdarəsi Bulvar İdarəsinə birləşdirildi](https://images.oxu.az/2016/01/15/17/00/39/168/2:1200.jpg)
Bayraq Meydanı Kompleksi İdarəsi Bulvar İdarəsinə birləşdirildi
Azərbaycan Prezidenti Nazirlər Kabineti yanında Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinin və Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsinin bəzi məsələləri haqqında fərman imzalayıb.
Oxu.Az AZƏRATAC-a istinadən xəbər verir ki, sərəncama əsasən, Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsi və Dənizkənarı Bulvar İdarəsi birləşdirilərək, onların əsasında Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsi yaradılıb.
Sərəncama əsasən, Bakı şəhərindəki Dövlət Bayrağı Meydanı Kompleksinin vəziyyəti, fəaliyyəti, perspektiv inkişafı və mühafizəsi üzrə tədbirlərin yerinə yetirilməsinə dövlət nəzarəti, Kompleksin fəaliyyətinin təmin olunması, habelə Kompleksə dair proqnozlaşdırma və planlaşdırma işlərinin təşkili və kompleksin perspektiv inkişafının təmin olunması Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsi tərəfindən həyata keçirəcək.
Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinin vəzifə və hüquqları, habelə istifadəsində olan dövlət əmlakı Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsinə verilir.
Prezidentin digər sərəncəma əsasən, İlqar Əziz oğlu Mustafayev Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsinin rəisi təyin edilib.
E.Ə.
www.oxu.az
"Bakı" teqi üzrə xəbərlər
- Bakıda ödənişli parklanma ərazisində soyğunçuluğa CƏHD - ANBAAN VİDEO
- Bakıda baş verən ağır qəzanın ANBAAN GÖRÜNTÜLƏRİ
- Təcavüzə məruz qalıb, nikaha məcbur edildiyini deyən qız: "Atamın qəyyumluğu ləğv edilsin"
- Azərbaycanda yeni hava limanı tikilir: İşlər nə yerdədir?
- Bakıda tıxacın qarşısını almaq üçün çəkiləcək yeni yolların SİYAHISI
Rəylər