Qurban bayramı ilə əlaqədar bu gündən etibarən ət kəsimi məntəqələrinin önündə səyyar laboratoriyalar fəaliyyətə başlayacaq.
Oxu.Az xəbər verir ki, bu barədə SalamNews-a Bakı şəhər Baytarlıq idarəsinin rəisi Aslan Aslanov məlumat verib.
O bildirib ki, laboratoriyalarda qurbanlıq heyvanlar yoxlanılacaq və bundan sonra da satışına icazə veriləcək: “Xəstə heyvanların bazara daxil olmasına icazə verilməyəcək”.