Ötən gün Bakı Dövlət Universitetində (BDU) 27 iyun - Məzun Günu adlı təntənəli tədbir keçirilib.
Oxu.Az-ın xəbərinə görə, tədbiri giriş sözü ilə BDU-nun rektoru, akademik Abel Məhərrəmov açaraq, məzunları gələcəkdə elmi fəaliyyətlərini inkişaf etdirməyə çağırıb. Tədbirdə universitetin müxtəlif fakültələrini əla qiymətlərlə bitirmiş tələbələrə fərqlənmə diplomlarının təqdim olunma mərasimi keçirilib.
Daha sonra universitetin rəqs qrupu və ölkənin populyar müğənniləri öz çıxışları ilə məzunların sevincinə şərik olublar.
Qeyd edək ki, bu il BDU-nun 17 fakültəsini 4000-dək məzun bitirir. Onlardan təxminən 500 nəfəri fərqlənmə diplomuna layiq görülüb.
Aytən Sadıqzadə
Foto: Nüsrət Abdullayev
www.oxu.az
7912