Bakıda məşhur italyan müğənnisi İngrid solo konsert verəcək.
Oxu.Az Vesti.az-a istinadla xəbər verir ki, müğənni Bakıda 5-7 sentyabr tarixində keçirilən Arena Polo World Cup Azerbaijan çərçivəsində “Love İtaly” bendi ilə sentyabr ayının 6-da çıxış edəcək.
1994-cü ildə İnqrid “San-Remonun səsi” müsabiqəsinin qalibi olub. Avropa tənqidçilərinin fikrinə görə İn-Grid son 10 ildə İtaliya səhnəsində oxuyan bütün müğənnilər arasında ən seksual səsə malikdir. Müğənninin İtaliyadan olmasına baxmayaraq hamı onu fransız kimi qəbul edib, belə ki o musiqi istiqamətini fransız şansonunu seçib.
Dünya şöhrətini ona, şəxsi dramı əsasında yazılan “Tu es foutu” mahnısı gətirib. Müğənni sevdiyi adam tərəfindən tərk edilmişdi və o qəlbindəki yaranı sağaltmaq üçün dincəlməyə gedir. Düşdüyü atmosferin təsiri nəticəsində mahnı ərsəyə gəlir.
Qeyd edək ki, konsertə biletlərin qiyməti 300 manatdan 700 manata qədərdir.