Bakı Dövlət Universitetinin (BDU) normativ təhsil müddətində alt qruplarda (yay məktəbi istisna olmaqla) oturan tələbələri əlavə kreditlər üzrə təhsil haqqından azad olunublar.
BDU-nun Mətbuat və informasiya şöbəsindən Oxu.Az-a verilən məlumata görə, bununla bağlı qərar universitetin Elmi Şurasının yanvarın 21-də keçirilən iclasında qəbul edilib.
Qərar fevral ayından başlayaraq tətbiq olunacaq.
Normativ təhsil müddətində alt qruplarda oturan tələbələrin əlavə kreditlər üzrə təhsil haqları BDU-nun daxili imkanları hesabına ödəniləcək.
E.Ə.
www.oxu.az