Bakı Dövlət Universitetinin Mətbuat prospekti 36 ünvanında yerləşən 2 saylı yataqxanasında zəhərlənmədən ölən tələbənin adı bəlli olub.
Oxu.Az xəbər verir ki, bu, 1999-cu il təvəllüdlü Xasmətova Şəkər Faiq qızıdır.
O, universitetin fizika fakültəsində təhsil alıb.
14:45
Bakı Dövlət Universitetinin Mətbuat prospekti 36 ünvanında yerləşən 2 saylı yataqxanasında zəhərlənənlərin adları bəlli olub.
Oxu.Az xəbərinə görə, bu barədə onları xəstəxanaya gətirən şəxs məlumat verib.
Bildirilib ki, bunlar 1998-ci il təvəllüdlü Quliyeva Dilrubə Qismət qızı, 1998-ci il təvəllüdlü İbadova Həmidə Bünyamiddin qızıdır.
D.Quliyeva universitetin kitabxanaçılıq fakültəsinin tələbəsidir.
Ölən gəncin adı hələlik bəlli deyil.
Toksikoloq Azər Maqsudov bildirib ki, gətirilən qızların vəziyyətləri kritikdir:
“Hazırda onlar ciddi həkim nəzarətində saxlanılır. Vəziyyətlərində irəliləyiş yoxdur. Zəhərlənmənin nədən baş verdiyi bəlli deyil”.
14:05
Bakı Dövlət Universitetinin Mətbuat prospekti 36 ünvanında yerləşən 2 saylı yataqxanasında zəhərlənmə hadisəsi baş verib.
Səhiyyə Nazirliyindən Oxu.Az-a verilən məlumata görə, hadisə barədə Təcili Tibbi Yardıma müraciət saat 12:35-də daxil olub.
Həkimlər qeyd edilən ünvana çatdıqda otaqda huşsuz vəziyyətdə üç tələbə qızı aşkarlayıblar.
Təcili Tibbi Yardım həkimlərinin bildirdiyinə görə, huşsuz vəziyyətdə tapılan qızların ağızlarından qan gəlib.
Zəhərlənməsi ehtimal edilən qızlardan biri ölüb, ikisi isə kritik vəziyyətdə Təcili Tibbi Yardım avtomobili ilə 1 saylı Kliniki Tibbi Mərkəzə çatdırılıblar.
Vəziyyəti kritik olan qızların yaşlarının təxminən 20-22 arası olduğu bildirilib. Onların müalicələri davam edir.
Könül Cəfərli
Rəylər