Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
![BDYPİ mövcud hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına MÜRACİƏT EDİB](https://images.oxu.az/2025/02/08/WQnvFqULUDI7S55NyrQJr09v75MaebKwpFyWpWVp:1200.jpg)
BDYPİ mövcud hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına MÜRACİƏT EDİB
"Xəbərdarlıq edildiyi kimi, hazırda ölkə ərazisində küləklə müşahidə olunan yağışlı, qarlı hava hökm sürür".
Oxu.Az-ın xəbərinə görə, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) hərəkət iştirakçılarına müraciətində qeyd olunub.
Bildirilib ki, qeyri-sabit hava şəraitinin yollarda xoşagəlməz hadisələrə səbəb olmaması üçün BDYPİ bir daha sürücülərə müraciət edərək onları sürət həddini minimuma endirməyə, ara məsafəsini normadan artıq saxlamağa, nəqliyyat vasitələrinin texniki sazlığından əmin olmağa, xüsusilə şinləri qış mövsümünə uyğun olmayan avtomobillərdən mümkün qədər istifadə etməməyə çağırır.
"Dağlıq rayonlarda yolların buz bağlama ehtimalı yüksək olduğundan mövsümə uyğun təchiz edilməyən, texniki-təhlükəsizlik baxımından köhnə avtomobillərlə həmin bölgələrə səfərlərin təxirə salınması, təcrübəsiz sürücülərin buzlu yollarda avtomobil idarə etməkdən çəkinməsi tövsiyə olunur.
Əlverişsiz hava şəraitinin yarada biləcəyi çətinlikləri nəzərə alaraq, piyadaları da yollarda daha məsuliyyətli olmağa çağırırıq", - deyə müraciətdə qeyd olunub.
"Qeyri-sabit hava şəraiti" teqi üzrə xəbərlər
- Qeyri-sabit hava şəraiti Heydər Əliyev Beynəlxalq Aeroportunun uçuş cədvəlinə təsir etməyib
- Xidmət rəisi: "Dağlıq rayonlarda yolların buz bağlaması ehtimalı var"
- FHN qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə təkrar müraciət edib
- BDYPİ-dən qeyri-sabit hava şəraiti ilə bağlı sürücülərə MÜRACİƏT
- Yolların qar və buzdan təmizlənmə GÖRÜNTÜLƏRİ
Rəylər