Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
![Sabah Bakıya qar yağacaq - 09.02.2025](https://images.oxu.az/2025/02/08/JF9nE7qYBNhM46Murksy3r9yK2coQ9P9hk7FCJCt:1200.jpg)
Sabah Bakıya qar yağacaq - 09.02.2025
Azərbaycan ərazisində fevralın 9-na gözlənilən hava şəraiti haqqında proqnoz açıqlanıb.
Oxu.Az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir. Gündüz tədricən kəsiləcək. Arabir güclənən şimal-qərb küləyi gündüz tədricən mülayimləşəcək.
Havanın temperaturu gecə 1° şaxtadan 1°-dək isti, gündüz 1-3° isti olacaq. Atmosfer təzyiqi 772 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 65-75 % olacaq.
Azərbaycanın rayonlarında havanın bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Axşama doğru tədricən kəsiləcək. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 2° şaxtadan 3°-dək isti, gündüz 3-7° isti, dağlarda gecə 8-13° şaxta, yüksək dağlıq ərazilərdə 15-20° şaxta, gündüz 3-8° şaxta olacaq.
Gecə və səhər bəzi dağlıq rayonlarda yolların buz bağlama ehtimalı var.
"Hava proqnozu" teqi üzrə xəbərlər
- Yağıntılı və küləkli hava şəraiti nə vaxtadək davam edəcək? - 08.02.2025
- Sabah qar yağacaq, yollar buz bağlayacaq - 08.02.2025
- Sabah qar yağacaq, yolların buz bağlama ehtimalı var - 07.02.2025
- Sabah yağış yağacaq, duman olacaq - 06.02.2025
- Yaponiyaya 1972-ci ildən bu yana rekord miqdarda qar yağıb: Xəbərdarlıq edildi
Rəylər