Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Qeyri-sabit hava şəraiti Heydər Əliyev Beynəlxalq Aeroportunun uçuş cədvəlinə təsir etməyib
Azərbaycan ərazisində müşahidə olunan qeyri-sabit hava ilə əlaqədar Heydər Əliyev Beynəlxalq Aeroportunda indiyə kimi uçuş cədvəlinə təsir edən hər hansı gecikmə və ya ləğv olunmuş reys qeydə alınmayıb.
Oxu.Az bu barədə aeroportun Mətbuat Xidmətinə istinadən xəbər verir.
Bildirilib ki, uçuşların təhlükəsizliyi tam təmin olunaraq bütün reyslər cədvəl üzrə həyata keçirilir.
Uçuşu olan sərnişinlərə hava şəraitini və nəqliyyat idarəetməsində yarana biləcək çətinlikləri nəzərə alaraq hava limanına gəliş vaxtlarını əvvəlcədən planlamaları tövsiyə olunub.
Hava limanı ərazisində müşahidə olunan güclü külək səbəbindən sərnişinlər və ziyarətçilər açıq havada ehtiyac olmadıqca uzun müddət qalmamağa çağırılıb.
"Qeyri-sabit hava ilə bağlı mümkün dəyişikliklər olarsa, sərnişinlərə hava limanının və aviaşirkətlərin rəsmi kanalları vasitəsilə əlavə məlumat veriləcək", - deyə məlumatda vurğulanıb.
"Qeyri-sabit hava şəraiti" teqi üzrə xəbərlər
- "Asfalt dağılıb, ətrafı üfunət basıb" - Xırdalanda yeni layihəyə daxil edilən yol niyə düzəlmir?
- AFFA aşağı yaş qruplarının oyunlarını təxirə saldı
- Paytaxt küçələrində qardan sonra yaşananlar: Sakinlər Baku TV-yə danışdılar
- Fövqəladə Hallar Nazirliyinin kəskin hava şəraiti ilə əlaqədar ƏHALİYƏ MÜRACİƏTİ
- Respublikanın avtomobil yollarındakı vəziyyət AÇIQLANDI