Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

BDYPİ: "Ötən gün respublika ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınmayıb"
Qeyri-sabit hava şəraitinə baxmayaraq, ötən gün respublika ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınmayıb. Bu, Dövlət Yol Polisi (DYP) əməkdaşlarının gücləndirilmiş iş rejimində apardığı nəzarət tədbirləri ilə yanaşı, sürücülərin məsuliyyətli davranışlarının nəticəsidir.
Oxu.Az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi (BDYPİ) idarəsi məlumat yayıb.
Bildirilib ki, yol hərəkəti təhlükəsizliyinin təmin olunması məqsədilə xüsusilə təhlükəli hesab edilən yol sahələri DYP əməkdaşları tərəfindən nəzarətdə saxlanılıb, sürücülərə yol və hava şəraiti ilə bağlı operativ məlumatlar çatdırılıb:
"Səyyar qaydada aparılan maarifləndirici tədbirlər zamanı sürücülərə hava və yol şəraitinə uyğun davranmaları, sürət həddinə əməl etmələri, ara məsafəsini qorumaları tövsiyə olunub.
BDYPİ təhlükəsizliyə biganə qalmayan, qaydalara əməl edən bütün sürücülərə təşəkkür edir və bir daha xatırladır: dəyişkən hava şəraiti qəzaların başvermə riskini artırır. Bu səbəbdən hər bir sürücü yola çıxmazdan əvvəl nəqliyyat vasitəsinin texniki vəziyyətini yoxlamalı, hərəkət zamanı isə maksimum diqqətli və məsuliyyətli olmalıdır".
"Yağışın fəsadları" teqi üzrə xəbərlər
- Yardımlı Təhsil Sektorunun binası intensiv yağışlardan ZƏRƏR ÇƏKİB
- İntensiv yağıntılar Yardımlı Təhsil Sektorunun binasına ZİYAN VURDU
- Yağıntılı havalardan sonra kəskin istilər gəlir?
- Gəncədə güclü leysan həyatı iflic etdi: Küçələr və evlər su altında qaldılar
- Sabirabadda Kürün səviyyəsi artdı: Bəzi ərazilər SU ALTINDA QALDI