Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

BDYPİ-dən hərəkət iştirakçılarına daha bir MÜRACİƏT
Qarlı və buzlu hava şəraiti ilə əlaqədar olaraq Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) sürücülərə müraciət edərək ehtiyatlı olmalarını tövsiyə edib.
Oxu.Az xəbər verir ki, bu barədə BDYPİ-dən məlumat verilib.
Bildirilib ki, belə hava şəraitində bəzi yol sahələri xüsusilə təhlükəli hesab olunur. Sürüşmə və qəza riskini azaltmaq üçün aşağıdakı ərazilərdə daha diqqətli olmaq vacibdir:
- Körpülər və yol ötürücüləri - Havanın təsirinə daha çox məruz qaldıqları üçün tez donur.
- Tunellərdən çıxış hissələri - Temperatur fərqi səbəbindən burada gizli buzlanma ola bilər.
- Dönüşlər və enişli-yoxuşlu yollar - Sürüşmə riski yüksəkdir.
- Yol qovşaqları və dairəvi kəsişmələr - Avtomobillər tez-tez dayanıb-hərəkət etdiyinə görə buzlanma ehtimalı artır.
- İşıqforlu və işıqforsuz keçidlər - Sürücülərin tez-tez əyləcdən istifadə etdiyi yerlər olduğu üçün buzlanma ehtimalı böyükdür.
- Yanacaqdoldurma məntəqələrinin giriş-çıxışları - Sıx hərəkət və dayanma səbəbindən yol səthi buz bağlaya bilər.
- Avtobus dayanacaqlarının yaxınlığı - Piyadaların çox olduğu və avtobusların tez-tez dayandığı yerlərdə qəfil sürüşmə riski mövcuddur.
Sürücülərdən xahiş olunur ki, bu cür yol sahələrində sürət həddini azaltsınlar, ara məsafəsini qorusunlar və qəfil manevrlərdən çəkinərək yol hərəkəti qaydalarına ciddi riayət etsinlər.
Baş Dövlət Yol Polisi İdarəsi davam edən əlverişsiz hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciət edib.
Oxu.Az xəbər verir ki, Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi ötən həftədən yağan qarın yollarda yaratdığı çətinliklərin hələ də aradan qalxmadığını xatırladır, bununla yanaşı Respublika ərazisində davam edən qarlı hava şəraiti ilə əlaqədar bir daha sürücülərə müraciət edərək onları zəruri ehtiyat tədbirləri görməyə, yolların sürüşkənliyini nəzərə almağa, sürət həddini minimuma endirməyə, ara məsafəsini normadan artıq saxlamağa, qış mövsümü üçün hazırlıqsız olan avtomobillərdən mümkün qədər istifadə etməməyə çağırır.
"Əlverişsiz hava şəraitinin yarada biləcəyi çətinlikləri nəzərə alaraq, piyadaları da yollarda daha məsuliyyətli olmağa çağırırıq!", - BDYPİ-dən bildirilib.
Sinoptiklərin məlumatına əsasən əlverişsiz hava şəraitinin martın ikiyədək davam edəcəyi, sulu qar, qar yağacağı, yolların buz bağlayacağı gözlənilir.
Oxu.Az xəbər verir ki, bununla bağlı Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) sürücülərə müraciət edib.
"Ötən həftədən yağan qarın yollarda yaratdığı çətinliklər fonunda qeyri-sabit hava şəraitinin davam etməsi hərəkəti iştirakçılarından daha da ehtiyatlı olmağı tələb edir.
DYP əməkdaşları aidiyyəti qurumlarla birgə qarın yollarda yaratdığı fəsadların aradan qaldırılması, hərəkət iştirakçılarının təhlükəsiz hərəkətinin təmin olunması istiqamətində zəruri tədbirlər görür.
Bununla yanaşı, Baş Dövlət Yol Polisi İdarəsi həftəsonu avtomagistrallarda hərəkət intensivliyinin artacağını nəzərə alaraq, xüsusilə səfərə çıxan sürücülərdən yolların buz bağlama ehtimalını unutmamağı, səfərlərini mümkün qədər günün işıqlı vaxtına planlaşdırmağı, texniki-təhlükəsizlik baxımından yararsız, mövsümə uyğun təchiz edilməmiş avtomobillərlə yola çıxmamağı, təcrübəsiz sürücülərdən sükan arxasına əyləşməməyi, sərnişindaşıma fəaliyyəti göstərən fiziki və hüquqi şəxslərdən daha təhlükəsiz marşrutlar üzrə hərəkətə üstünlük verməyi xahiş edir", - deyə qurumdan bildirilib.
Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) səfərə çıxan sürücülərə müraciət edib.
Oxu.Az xəbər verir ki, bu barədə BDYPİ məlumat yayıb.
Bildirilib ki, sürücülərin yol hərəkəti təhlükəsizliyinə diqqətlə yanaşmaları və qaydalara riayət etmələri ilə bağlı bir neçə mühüm məqamı nəzərə almaları vacibdir.
Həmin məqamları təqdim edirik:
1. Yol şəraitinə uyğun sürət seçin - havanın və yolun vəziyyətindən asılı olaraq sürət həddinə riayət edin. Hətta normalda təhlükəsiz olan sürət, əlverişsiz hava şəraitində və ya intensivlik çox olan yolda riskli ola bilər;
2. Yolda diqqətli olun - səfər zamanı diqqətinizi cəmləyin və hər zaman ehtiyatlı sürüş edin. Telefon istifadəsi, yorğunluq və ya digər səbəblər diqqəti yayındırır və qəza riskini artırır;
3. Təhlükəsizlik kəmərlərini bağlayın - hər bir sərnişin üçün təhlükəsizlik kəmərinin bağlanması vacibdir. Bu, həm sürücünün, həm də sərnişinlərin həyatını qorumağa kömək edir;
4. Avtomobilinizin texniki vəziyyətini yoxlayın - yola çıxmazdan əvvəl xüsusilə əyləc sistemləri, işıqlandırma və təkərlərin vəziyyətinə diqqət edin;
5. Yol polisinin tövsiyələrinə əməl edin - yolda hər hansı bir hərəkət məhdudiyyətləri və ya yol vəziyyəti ilə bağlı məlumat aldıqda, dərhal lazımi tədbirləri görərək yol polisi əməkdaşlarının göstərişlərinə riayət edin.
"Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ)" teqi üzrə xəbərlər
- Balaxanı yolunda "Range Rover" KÜLƏ DÖNDÜ - Xəsarət alan var?
- BDYPİ-dən dumanlı hava ilə bağlı xəbərdarlıq
- BDYPİ bayram tətilindən dönən sürücülərə MÜRACİƏT ETDİ
- Masazırda sərnişin avtobusu "Mercedes"lə toqquşdu: Xəsarət alan şəxsin SON DURUMU AÇIQLANDI
- Narkotik vasitənin təsiri altında olan sürücü saxlanıldı