Bərdədə 40 yaşlı kişinin meyiti aşkarlanıb.
Oxu.Az-ın məlumatına görə, hadisə rayonun Qarağaclı kəndində baş verib.
Araşdırma zamanı cansız bədənin 1986-cı il təvəllüdlü İlqar Muradova məxsus olduğu bilinib. Kişinin nəşi evində tapılıb.
Onun ölüm səbəbi hələlik məlum deyil.
Faktla bağlı araşdırma aparılır.
Yusuf Məmmədli
Qaynar xətt:
(055) 224 12 12