Bərdədə ötən gecə ağır yol qəzasında ölənlərin kimliyi məlum olub.
Oxu.Az-ın APA-ya istinadla məlumatına görə, rayonun Əmirli kəndi ərazisində, “Hyundai” və “VAZ” 2107 markalı, 56 BG 837 dövlət nömrə nişanlı avtomobillərin toqquşması nəticəsində Bakı şəhər sakinləri Abışov Elvin Teyyub oğlu və onun qardaşı Abışov Təbriz Teyyub oğlu ölüb.
Faktla bağlı araşdırma aparılır.
08:57
Bərdədə ağır yol qəzası baş verib.
Oxu.Az-ın APA-ya istinadən xəbərinə görə, hadisə rayonun Əmirli kəndi ərazisində qeydə alınıb.
Hərəkətdə olan “VAZ 2107” markalı avtomobil qarşıdan gələn “Hyundai”la toqquşub.
İlkin məlumata əsasən, qəza nəticəsində iki nəfər ölüb. Onların şəxsiyyəti müəyyənləşdirilir.
Faktla bağlı araşdırma aparılır.