Beş yaşlı Raulun yardımsevər şəxslərin dəstəyinə ehtiyacı var.
Bu barədə Oxu.Az-a onun anası Əsli Aslanova məlumat verib.
O bildirib ki, övladı artıq beş aydır qan xərçəngi xəstəliyi ilə mübarizə aparır.
"Raulun beş yaşı var. 2024-cü ilin oktyabr ayında keçdiyimiz müayinələr zamanı biz Raulun qan xərçəngindən əziyyət çəkdiyini öyrəndik. Bir müddət Bakıda müalicə alsaq da, aylar öncə Türkiyəyə yollandıq. Burada Raulun müalicələri davam edir. Amma onun tamamilə sağalması üçün ilik nəqli olmağı şərtdir. Bunun üçün isə lazım olan 80 min dolların 50 min dollarını toplasaq da, 30 min dollarımız hələ də çatmır. Raulun bu əməliyyatdan sonra tamamilə sağalmaq ehtimalı çox yüksəkdir. Yardımsevər şəxslərdən bizə dəstək olmaqlarını, övladıma dəstək olmaqlarını xahiş edirəm".
Ailə ilə əlaqə: (055) 561-01-08 (WhatsApp).
Beynəlxalq Bank: 5522 0993 6838 5845.