Bu gün Azərbaycan Qolf Federasiyası və European Tour-un birgə təşkilatçılığı ilə Qubadakı Milli Qolf Klubunda keçirilən Challenge Tour-un 3-cü mərhələsinin başlanğıcında dünən cəbhədə ermənilərlə döyüşdə şəhid olmuş 8 hərbçimizin xatirəsinə 1 dəqiqəlik sükut elan olunub.
Oxu.Az xəbər verir ki, onlarla ölkədən Qubaya gəlmiş 156 qolfçu, həmçinin Qolf Federasiyasının rəhbərliyi və əməkdaşları, yarışın təşkilində iştirak edən hər bir şəxs yarışa başlamazdan əvvəl erməni işğalçıları ilə döyüşdə canından keçmiş 8 hərbçimizin xatirəsini yad ediblər.
Qeyd edək ki, avqustun 1-də gecə Qarabağ cəbhəsində gedən döyüşlərdə Azərbaycan Milli Ordusu 8 şəhid verib, ordumuzun daha 5 hərbçisi yaralanıb.