Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Bəzi ərazilərdə işıq olmayacaq
Bakının Yeni Ramana qəsəbəsində təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilə yaranacaq.
Oxu.Az xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb.
Bildirilib ki, Yeni Ramana qəsəbəsinin Suraxanı Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisinə daxil olan hissəsində 24 iyun tarixində 6 kV-luq hava xəttində təmir işləri aparılacaq.
Bununla əlaqədar olaraq, saat 09:00-dan saat 13:00-dək qəsəbənin Samir Əliyev və Mərkəzi küçələrində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.
Təmir işləri başa çatdıqdan sonra sözügedən ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.
"İşıq problemi" teqi üzrə xəbərlər
- Bakıda vahiməli küçə - Qaranlıqda uzun yol gedən sakinlərdən ŞİKAYƏT
- "Uşaq bezləri ilə dolu arxın suyunu duruldub içirik" - Biləsuvarda acınacaqlı vəziyyət
- İşıq və qaz pulunun ödənişində sabit tarifə keçid əlavə xərclər yaradacaq?
- Sabah Bakının bir rayonunda İŞIQ OLMAYACAQ
- Xətai rayonunda işıq NİYƏ kəsilib? - AÇIQLAMA