Sumqayıt şəhəri, Şəfəq qəsəbəsində yaşayan vətəndaşlar elektrik enerjisinin tez-tez kəsilməsindən şikayətçidirlər.
Oxu.Az-a müraciət edən sakinlərin sözlərinə görə, ərazidə ay ərzində azı iki dəfə elektrik enerjisinin verilişində problem yaranır və işıq 6 saatdan çox müddətə kəsilir.
Sakinlər bildiriblər ki, məsələ ilə bağlı "Azərişıq" ASC-nin 199 Çağrı Mərkəzi ilə əlaqə saxlamağa çalışsalar da, xəttə düşməkdə çətinlik çəkirlər. Onların iddiasına görə, ASC-nin Sumqayıt üzrə təmir briqadası ilə əlaqə saxlayarkən isə ərazidə elektrik enerjisinin hətta 4-5 dəfə də kəsilə biləcəyi deyilir.
Sakinlər qeyd edirlər ki, əraziyə xidmət göstərən 35 kV-luq hava elektrik xəttində yüklənmə səbəbindən açılmalar baş verir.